“Azərbaycanda kiçik sahibkarlıq” illik statistik məcmuəsi nəşr olunub
"Azərbaycanda kiçik sahibkarlıq" adlı illik statistik məcmuə kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti, onların sahə və regionlar üzrə bölgüsü, habelə hüquqi şəxslərlə yanaşı, kiçik sahibkarlıq subyekti hesab olunan fərdi sahibkarlar - fiziki şəxslərlə bağlı kompleks məlumatları əhatə edir.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, məcmuədə 2009-2013-cü illərdə kiçik sahibkarlıq subyektlərinin əsas makroiqtisadi göstəriciləri, ölkə iqtisadiyyatında payı, işçilərin sayı və əmək haqqı fondu, investisiya qoyuluşu, maliyyə göstəriciləri haqqında əsas məlumatlar da yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB