Sevinc Həsənova: "Gələn il investisiya qoyuluşu 5% artacaq"

Sevinc Həsənova: "Gələn il investisiya qoyuluşu 5% artacaq"

Gələn il də Azərbaycanda inflyasiyanın həddinin aşağı olması gözlənilir. SİA-nın xəbərinə görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova parlamentdə komitələrin birgə iclasında 2015-ci ilin Dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, proqnozlara əsasən gələn il inflyasiyanın həddi 2,3% həcmində olacaq: "Gələn il investisiya qoyuluşunun da artımı nəzərdə tutulur. Bu illə müqayisədə gələn il investisiya qoyuluşu 5% də artacaq. Bununla da investisiya qoyuluşunun 25 milyard dollar olacağı proqnozlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə