İlham Şaban: “Böyük bazara məhsul çıxarmaq qeyri-mümkündür”

İlham Şaban: “Böyük bazara məhsul çıxarmaq qeyri-mümkündür”

"Azərbaycan heç bir müqaviləyə imza atmadan Qazaxıstan tərəfi Azərbaycandan 3 min ton benzinin bu ölkəyə daşınması barədə məlumat yaymışdı. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) isə bu məlumatı təkzib edib. Düzdür, Qazaxıstan bununla bağlı müraciət etmişdi. Ancaq bu, kommersiya sazişi səviyyəsinə gəlib çatmadı". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, Azərbaycanın daxili bazarında xaricə ixraca imkan verə biləcək tələbat aşağı düşsə və benzin istehsalı artsa, o zaman Qazaxıstana benzin daşınması həyata keçirilə bilər: "ARDNŞ-nin rəsmisi Nizaməddin Quliyev də bununla bağlı açıqlama verdi. Bu da daxili tələbatla bağlı olan məsələdir. Azərbaycanda benzin idxalı qeydə alınır, ancaq o benzin yerli istehsala hesablanıb. İdxal artıq olsa, o zaman xarici bazara çıxarılar. Hazırda isə bunun üçün böyük bazara məhsul çıxarmaq imkanları qeyri-mümkündür. Çox güman ki, Qazaxıstan neft və neft məhsullarının daşınması ilə məşğul olan şirkətlərlə aralarında gəldikləri razılaşmalara əsasən, belə bir məlumat yayıb. Həmin şirkətlərin sözlərinə əsaslanaraq bu bəyanatı veriblər".

Bütün xəbərlər Facebook səhifəmizdə