Musa Quliyev: “Çox ciddi bir ucuzlaşma gözləmirəm” Açıqlama

Musa Quliyev: “Çox ciddi bir ucuzlaşma gözləmirəm” Açıqlama

"Daşınmaz əmlakın qiymətinin aşağı düşməsinə neftin qiymətinin aşağı düşməsi təsir göstərmir. Çünki, Azərbaycanın iqtisadi siyasəti şaxələndirilmiş siyasətdir. Bir balanslaşdırılmış büdcədir. Buna görə də neftin qiymətini də biz həmişə büdcədə ehtiyatlı götürürük". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev deyib. Onun sözlərinə görə, daşınmaz əmlakın qiymətinin düşməsi sahibkarlarla bağlı olan məsələdir, hazırda neftin qiymətinin aşağı düşməsi heç bir təsir etməyəcək: "Neftin qiymətinin çox aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına o qədər ciddi zərər verməyəcək. Amma evlərin qiymətinin aşağı düşməsi daha çox tələb və təkliflə bağlı bir məsələdir. Yəqin ki, neftin qiymətinin gələn il də aşağı düşəcəyi təqdirdə, 90 dollara qədər olarsa, hesab etmirəm ki mənzillərin qiymətinə ciddi təsiri olsun. Lakin 90 dollardan aşağı olsa yəqinki mənzillərin ucuzlaşmasına gətirib çıxarda bilər. Amma bir məsələ də var ki, bu mənzilin tikilməsinin maya dəyərinə də bağlı ola bilər. Yəni heç bir sahibkar maya dəyərindən aşağı və yaxudda ki xərclərini əldə etmədən mənzilləri satmaz. Bu mənada mən çox ciddi bir ucuzlaşma gözləmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə