Gənclər Siyasəti üzrə I Qlobal Forumla bağlı poçt markası çap olunub FOTO
Oktyabrın 28-dən 30-dək Bakıda ilk dəfə 156 ölkədən 700-dən artıq iştirakçının qatılacağı Gənclər Siyasəti üzrə I Qlobal Forum keçirilir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Azərmarka" şirkəti bu mühüm tədbirə həsr olunmuş poçt markasını çap etdirib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, markanın nominal dəyəri 60 qəpik təşkil edir.
Qeyd edək ki, forumda gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, 2015-ci il üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən bir çox mövzuların müzakirə olunması nəzərdə tutulur. Gənclər Siyasəti üzrə I Qlobal Forum Azərbaycan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT baş katibinin Gənclər üzrə elçisinin ofisi, "UNESCO" və Avropa Şurası tərəfindən keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB