"Neft Daşları" yatağındakı 2585 nömrəli meydançadan 2601 nömrəli quyu qazmadan sonra istismara verilib. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu 2223-2209 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB