Azər Mehdiyev: “Neftin qiymətinin düşməsinə səbəb ABŞ-ın da ixraca başlamasıdır” Açıqlama
"Azərbaycanın neft həcminin dünya bazarına təsir etmə imkanı çox məhduddur. Yəni, bu gün Azərbaycan neftinin gün ərzində dünya bazarına çıxardığı neftin həcmi dünya bazarının heç 1 faizi həcmində belə deyil". Bu sözləri Rusiya mətbuatında neftin qiymətinin aşağı düşməsinə guya Azərbaycan və Braziliyanın ixracı artırmasının səbəb olması məsələsi ilə bağlı SİA-ya açıqlama verən İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev deyib.
Onun sözlərinə görə, belə bir iddianı ortaya atmağın özü gülünc vəziyyətdir: "Əsas səbəb Amerikanın idxaldan vaz keçərək ixrac edən ölkəyə çevrilməsidir. Belə bir vaxtda demək ki, Amerikanın neft hasilatı həcmlərinin artması dünya bazarına təsir göstərir və qiymətlərin aşağı salınmasını təmin edir. Bu bir qədər nəinki reallıqdan uzaqdır, hətta belə bir iddianın özü gülünc olardı. Çünki bu, dünya bazarında neftin qiymətlərinə təsir edən əsas amildir. Amerika Birləşmiş Ştatları da dünya bazarına neft çıxarır. Qiymətin aşağı düşməsinə səbəb, Amerikanın çıxardığı neftin öz ölkəsinin daxili həcmi ehtiyaclarını öz hasilatı hesabına ödəməsi və artıq idxaldan imtina etməsidir".
Azər Mehdiyev dünya bazarında neftin qiymətinin aşağı düşməsini, digər dünya ölkələrində neft hasilatının artırılması ilə əlaqələndirir: "İranın da verdiyi bəyanat hər kəsin diqqətindədir. Çünki İran da neft hasilatı həcminin 1,5 dəfə artırılmasına qərar verib. Eyni zamanda Liviyada neft hasilatının artması və dünya bazarına neft çıxarması çox ciddi neft artımına səbəb olur. Lakin, bunun müqabilində neftə olan tələbatın azalması müşahidə olunur. Təbii ki, bütün bunlar neftin qiymətinin aşağı düşməsində ciddi rol oynayır. Eyni zamanda nəzərə almaq lazımdır ki, neftin qiyməti siyasi amillər səbəbindən aşağı düşməkdə davam edir".
Ekspert bir daha Azərbaycan və Braziliyanın dünya bazarına ciddi təsir etmədiyini ifadə etdi: "Azərbaycanla yanaşı, bu məsələdə Braziliyanı da qeyd etmək istəyirəm. Əslində Braziliyanın neft hasilatı həcmlərində hər hansı bir böyük dəyişikliyin olduğunu görmürük. Dünya bazarında neftin qiymətinin son dəyişikliyində nə Braziliya, nə də Azərbaycan nefti təsiredici rol oynamayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB