İlham Şaban: “Neft daşınmasının coğrafiyası dəyişəcək” AÇIQLAMA

İlham Şaban: “Neft daşınmasının coğrafiyası dəyişəcək” AÇIQLAMA

"Qazaxıstanla Azərbaycan arasında Aİ-92 markalı 3 min ton benzinin tədarükünə dair müqavilə bağlanması Azərbaycanın daxili bazarına elə də əhəmiyyətli təsir göstərməyəcək". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, bu müqavilə ilə sadəcə neft daşınmasının coğrafiyası dəyişəcək: "Qazaxıstana benzin ixracının həcmləri 3 min tondur. Bu da 50 vaqon neftin ötürülməsi deməkdir. Statistikaya baxsaq, Azərbaycan kiçik partiyalarla Gürcüstana benzin ixrac edirdi. İndi isə həmin partiyaların bir qismi Qazaxıstana göndəriləcək. Qazaxıstan bizim üçün dost ölkədir. Onunla hər hansı kommersiya sazişinin imzalanması müsbət haldır. Qazaxıstan müstəqillik illərində bizimlə daim dostluq və tərəfdaşlıq münasibətlərində olub və həm siyasi-iqtisadi, həm də mədəni əlaqələrdə Azərbaycanla eyni mövqedən çıxış edib. Belə olan halda, xarici bazar üçün nəzərdə tutulmuş məhsulun bir qisminin, məhz Qazaxıstana göndərilməsi də bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə