“Azəri-Çıraq-Günəşli”dən 187 milyon ton mənfəət nefti əldə etmişik

“Azəri-Çıraq-Günəşli”dən 187 milyon ton mənfəət nefti əldə etmişik

1997-ci ilin noyabrından cari il oktyabrın 1-dək "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə hasil edilən 347 milyon ton neftin 187 milyon tonu mənfəət nefti kimi Azərbaycanın payına düşüb. Ötən dövrdə blokdan, eyni zamanda, 101 milyard kubmetr səmt qazı hasil edilib. Hazırda blokdan sutkada 90 min ton neft və 35 milyon kubmetr səmt qazı çıxarılır.

Bu barədə oktyabrın 27-də Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik konfransdakı çıxışında ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə məlumat verib. Azərbaycanın proqnozlaşdırılan qaz ehtiyatlarının 3,35 trilyon kubmetr, neft ehtiyatlarının isə 2 milyard ton həcmində qiymətləndirildiyini deyən X.Yusifzadə ümumilikdə ölkənin neft-qaz ehtiyatlarının neft ekvivalentində 10 milyard tona bərabər olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə