İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər zamanı Bakının Sabunçu, Xətai rayonlarında, eləcə də Sumqayıt, Şirvan, Zaqatala, Gəncə, Quba və Şabranda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB