Tikinti məhsulların istehsalında qabaqcıl yerlərdən birinə sahib olan, yerli və beynəlxalq sərgilərin daimi iştirakçısı olmuş "Mətanət A" şirkəti 22-25 oktyabr tarixində Xəzəryanı regionun inşaat sənayesi üzrə irimiqyaslı tədbiri - 20-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat (Baku Build-2014) sərgisində də iştirak edir.
3 sistem, 22 mal qrupu, 200 dən artıq ticarət markasına və 1000-dən atıq məhsul çeşidinə malik olan "Mətanət A" şirkəti bu sərgidə də zəngin və yeni məhsul çeşidləri ilə istehlakçıların qarşısına çıxıb. Bunlardan yeni nəsil boyalar olan ROKOL boyaları, aqlay daşını əvəz edən FasNatural, smart və nano texnologiyalarla istehsal olunan keramika yapışdırıcıları nümayiş olunan məhsullardan bir neçəsidir.
Müasir texnologiyalarla istehsal olunan ROKOL boyaları Sintetik əsaslı boyalar; Emulsiya boyaları; Sellulozik boyalar və İzolyasiya boyalar olmaqla 4 əsas istiqamətdə istehlakçılara təklif olunur. "İlin uğurla inkişaf edən boya brendi" nominasiyasında istehlakçılar tərəfində qalib elan olunmuş ROKOL boyaları səthə mükəmməl yapışma, yüksək örtmə qabiliyyəti, günəş şüalarına və yağışa davamlı olma xüsusiyyətləri ilə geniş alıcı kütləsi qazanmışdır.
Şirkətin elmi araşdırmalar mərkəzində çalışan əməkdaşların tövsiyələri və müasir texnologiyaların tətbiqi nəticəsində ərsəyə gəlmiş digər bir məhsul isə fasadda aqlay daşı yaradan FasNatural məhsuludur. FasNatural fasadın vəziyyətinə görə bir neçə müxtəlif variantlarda tətbiq olunur. Qara suvaqla suvanmış və ya suvanmamış fasadlarda, dekorativ paduqaların eləcə də digər ornamentlərin alınmasında rahatlıqla istifadə olunan bu məhsul, şaxtaya və istiyə qarşı aqlay daşına nisbətən daha davamlıdır. Müqavimət gücü yüksək olan FasNaturalın tətbiqi nəticəsində fasadın yükü 11 dəfəyə kimi azalır, təmir daha ucuz başa gəlir. İnşaat sənayesində bir yenilik olan bu məhsul da istehlakçılar tərəfindən "İlin ixtirası" nominasiyasında da qalib elan edilmişdir.
Respublikamızda aparılmış məqsədyönlü iqtisadi siyasətin, sahibkarlığa olan dövlət dəstəyinin nəticəsi kimi bu gün şirkət istehsal həcmini daha da artırmış və qloballaşaraq Rusiya, Gürcüstan, Ukrayna, Türkmənistan, Qazaxıstan kimi ölkələrə Azərbaycan Malı adı altında məhsul ixrac edərək milli iqtisadiyyatımızı xarici bazarlarda da uğurla təmsil etməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB