İlham Şaban: “ƏDV-dən azad edilmə TANAP layihəsini daha maraqlı edir”
"TANAP layihəsinin tikinti və təchizat işlərində iştirak edəcək bütün şirkətlər əlavə dəyər vergisindən (ƏDV) azad ediləcəklər. Bu Türkiyədə fəaliyyət göstərən şirkətlərə aid edilən bir qərardır. Bunun da layihənin reallaşdırılmasında böyük əhəmiyyəti var". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban deyib.
O bildirib ki, əlavə dəyər vergisində edilən güzəştlər TANAP layihəsində iştirakı maliyyə baxımından daha da maraqlı edir: "Şirkətlərin əlavə dəyər vergisindən azad edilməsi boru kəmərinin ümumi kapital xərcinin azalmasına imkan verir. Kapital xərclərinin azalması isə boru kəmərində iştirak edən şirkətlərin maliyyə cəhətdən yükünü azaldır və layihənin cəlbediciliyini artırır. Bununla Azərbaycan Dövlət Neft Şirkəti, BP şirkəti və Türkiyənin BOTAŞ şirkətinin TANAP lahiyəsində iştiraklarına marağ yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB