"Bildiyiniz kimi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi icmal büdcənin tərkib hissəsidir. İcmal büdcə zərfində Fondun 2015-ci il üzrə büdcə layihəsi də müvafiq qaydada hazırlanaraq hökumətə təqdim olunub. Növbəti il üzrə Fondun büdcə layihəsi hazırlanarkən əsas inkişaf göstəriciləri, eləcə də növbəti il üzrə ölkədə orta aylıq əmək haqqının artım göstəriciləri nəzərə alınıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Fondun sədri Elman Mehdiyev deyib.
Onun sözlərinə görə, Fondun qeyri-büdcə üzrə gəlirlərinin artımı növbəti ilin büdcə layihəsində xüsusilə hədəfə alınıb: "Bu hesaba ümumi gəlirlərin daxilində qeyri-büdcə daxilolmalarının əhəmiyyətli şəkildə artımı nəzərdə tutulub".
E. Mehdiyev onu da qeyd edib ki, pensiyaların artırılması ilə bağlı növbəti ilin yanvar ayında inflyasiya göstəriciləri bəlli olduqdan sonra pensiya məbləğlərinin sığorta hissəsinin və fərdi hesablarda mövcud olan sığorta pensiya kapitalları indeksləşdirilməsi üçün tələb olunan vəsaitlər fondun növbəti il üçün büdcə layihəsində nəzərə alınıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB