Maliyyə naziri BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri ilə görüşüb
Oktyabrın 21-də maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri, fondun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin müşaviri Raca əl-Mərzuqini və onu müşayiət edən nümayəndə heyətinin üzvləri ilə görüşüb.
Nazirlikdən bildiriblər ki, görüşdə BVF ilə mövcud əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri, ümumi iqtisadi göstəricilər, gələcək inkişaf planları, cari ilin dövlət büdcəsinin icrası və 2015-ci il üzrə dövlət büdcəsinin parametrləri müzakirə olunub. Həmçinin regional geosiyasi gərginliyin ölkəmizə və onun iqtisadi inkişafına ehtimal olunan riskləri və mənfi təsirləri barədə fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB