Hikmət Babaoğlu: “Bütün hallarda siyasi tərəfdaşlığı iqtisadi maraqlar müəyyənləşdirir”
"Siyasi müttəfiqliyin davamlı olması üçün mütləq bunun iqtisadi əsasları olmalıdır. Bütün hallarda siyasi tərəfdaşlığı iqtisadi maraqlar müəyyənləşdirir. Türkiyə ilə Azərbaycan arasında da olan münasibətlər həm təbii strateji müttəfiqlik, həm də siyasi və iqtisadi əsaslara söykənir". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər və birgə həyata keçirilən layihələr həmçinin regionun digər ölkələri üçün də önəm kəsb edir: "Çəkilən neft və qaz kəmərləri təkcə Türkiyə və Azərbaycan münasibətləri ilə məhdudlaşmır. Bu həmçinin Cənubi Qafqazın Avropaya inteqrasiyasına imkan yaradaraq böyük bir tranzit yolunu açmış olur. Ona görə də bu münasibətlər regionun bütün xalqları üçün olduqca əhəmiyyətlidir. Bu iqtisadi münasibətlər həm Avropaya inteqrasiya məsələsində, həm iqtisadi sferada yeni perspektivlər yaradır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB