Əli Əlirzayev: “Rəqabət Məcəlləsi sahibkarlığın inkişafının hüquqi əsasıdır” Açıqlama

Əli Əlirzayev: “Rəqabət Məcəlləsi sahibkarlığın inkişafının hüquqi əsasıdır” Açıqlama

Rəqabət Məcəlləsi haqqında qanun qəbul edilərsə sahibkarların bundan necə faydalana biləcəyi diqqət mərkəzindədir. Qanunun sahibkarlığı hansı üsullarla dəstəkləyəcəyi və onların inkişafında hansı imkanlar yaradacağı ilə bağlı iqtisadçı ekspert Əli Əlirzayev SİA-ya verdiyi açıqlamasında danışıb. Onun sözlərinə görə, məcəllə sahibkarların önünü daha da açaraq, yerli idarəetmə orqanları ilə əlaqələrini daha da genişləndirəcək: "Məcəllə sahibkarlara inkişaf etmənin yollarını göstərəcək, konsepsiyanı öyrədəcək. Onlara yardım edərək maliyyə əsasları, dövlət tənzimlənməsi və təminini stimullaşdıracaq. Sahibkarlarla icra hakimiyyəti orqanları, yerli orqanlar, bələdiyyələrlə, hüquqi şəxslərlə münasibətlərdə dövlətin onlara köməyi əsas istiqamət götürüləcək. Dövlət sərmayə resursları, vergilər hesabına mexanizmlərdən istifadə edərək sahibkarlara hər cür şərait yaradacaq".

Rəqabət Məcəlləsinin sahibkarlara azad rəqabətin inkişaf etdirilməsində dəstək verəcəyini ifadə edən ekspert, qanunun monopolistlərin qarşısının alınmasında mühüm rol oynayacağını qeyd edib: "Məcəllə rəqabət mühiti yaratmalıdır. Yəni, insanların fəaliyyətinə şərait yaratmalıdır. Qanun səlahiyyətlərindən istifadə edib bazarlara nüfuz edən monopolistlərin qarşısını almaq üçündür. Bu yol iqtisadi mexanizmlər vasitəsilə həyata keçirilməyə imkan verəcək. İnhisarçılığın olduğu yerdə artım, istehsalat mümkün olmur. Buna görə də, bir qrup monopolistin marağına xidmət edən bazar iqtisadiyyatı belə olan halda heç vaxt inkişaf edə bilməz. Azad rəqabət, sərbəstlik, təşəbbüskarlık və insanlarda güc hazırlamaq bilavasitə anti-inhisar Rəqabət Məcəlləsi ilə mümkün olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə