Türkiyənin nəqliyyat naziri BTQ dəmir yolunun əhəmiyyətindən danışdı
"Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsi ancaq çatdırmaq layihəsi kimi qəbul edilməməlidir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyənin nəqliyyat, dəniz və kommunikasiya naziri Lütfi Əlvan Bakıda keçirilən "Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar" mövzusunda beynəlxalq konfransında iştirakı zamanı deyib.
Onun sözlərinə görə, bu layihə həm Asiya, həm də Avropanın mühüm layihəsindən biridir: "Bu, dostluq, qardaşlıq, iqtisadi bağların gücləndirilməsinə xidmət edən layihədir. Biləvasitə tarixi İpək Yolunu yenidən canlandıran layihədir. Londondan Pekinə uzanan xəttdə iki əsas çatışmazlıq var idi. Bunlardan biri Türkiyədə Mərmərə dənizini keçmək, ikincisi isə Qars-Tiflis-Bakı xətti idi. Biz "Marmaray" layihəsini həll edərək çətinliklərdən birini həll etdik. İkinci çatışmazlığımız olan Bakı-Tiflis-Qars dəmir yolu xəttini də gələn il tamamlayacağıq. Bu, təkcə Azərbaycan, Türkiyə və Gürcüstanı deyil, bütün bölgəni, Avropaya da açıq olan layihədir. Bu layihə Avropa ilə Asiyanı canlı olaraq hərtərəfli bağlayacaq xətt olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB