Büdcədən elmə ayrılan vəsaitin məbləği 21,8 faiz artırılacaq

Büdcədən elmə ayrılan vəsaitin məbləği 21,8 faiz artırılacaq

Azərbaycanda gələn il dövlət büdcəsindən elmə ayrılan maliyyə vəsaitinin məbləği 21,8 faiz artırılacaq. Maliyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsində elm xərclərinə 142 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2013-cü illə müqayisədə 21,8 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət təşkilatlarında mövcud olan elmi tədqiqat müəssisələri tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönələcək.

2015-ci il elm xərclərində elmi tədqiqat layihələrinin Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün 7,6 milyon manat, latın qrafikalı kitabların çapı üçün 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və təmiri üçün 2 milyon manat, elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir laboratoriya avadanlıqlarının alınması üçün 4,9 milyon manat ayrılacaq.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun fəaliyyəti üçün 1 milyon manat vəsait nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə