Nadir Əzməmmədov: “Çindən gələn yüklərin birbaşa İngiltərəyə ötürüləcək” Açıqlama

Nadir Əzməmmədov: “Çindən gələn yüklərin birbaşa İngiltərəyə ötürüləcək” Açıqlama

"Bakı Tiflis Qars dəmir yolunda işlər bir neçə etapda gedir. Bu 3, 4 etaplıdır ki, hazırda axırıncı etapdayıq. Stansiyalarda işlər gedir, yollar artıq qurulur. Yüngül, xırda işlər qalıb. 2015-ci ildə isə qatarlar birbaşa Türkiyəyə hərəkət edə biləcək". Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib. Onun sözlərinə görə, artıq gələn ildən etibarən Bakı–Tiflis–Qars dəmiryolu istifadə olunacaq. Bundan başqa Əzməmmədov dəmir yolu ilə daşınacaq yükün növündən və layihədən istifadə edəcək ölkələrdən danışıb: "Qatarlarla əsasən neft məhsulları daşınacaq. Bundan başqa bu layihəyə qoşulanlar arasında Qazaxıstan Orta Asyadan qoşulacaq. Çindən gələn yüklərin birbaşa İngiltərəyə qədər ötürülməsi həyata keçiriləcək. Yəni yükdən asılı olmayaraq biz yükün daşınmasını həyata keçirəcəyik".

Sonda ADY sözcüsü Bakı–Tiflis–Qars dəmir yoluna verilən üstünlüyün səbəblərindən söhbət açıb: "Bakı–Tiflis-Qars bağlantısı ən qısa tranzit yolu sayılır. Buna görə də, bu tranzit yoldan istifadə etmək istəyənlərin sayı günü gündən artmaqdadır. Gələcəkdə bu xətt ilk növbədə önümüzdəki il üçün 5–6 milyon tonluq yükün daşınmasına, ümumilikdə 2017–ci ildə isə 30 milyon yükün daşınmasına gətirib çıxardacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə