Vahid Əhmədov: “Viza şərtlərinin sərtləşdirilməsi azərbaycanlı sahibkarlara problem yaratmayacaq” AÇIQLAMA
"90 gün elə də az müddət deyil. Azərbaycanlı sahibkarlar Gürcüstana gedib 3 ay fəaliyyət göstərdikdən sonra yenidən viza üçün qeydiyyatdan keçə bilərlər. Hesab etmirəm ki, bu məsələ onların işİdə böyük maneələrə səbəb ola bilər". Bu fikirləri millət vəkili Vahid Əhmədov SİA-ya Gürcüstanda viza şərtlərinin sərtləşdirilməsi barədə açıqlama verərkən deyib.
O bildirib ki, 90 gündən çox olmayaraq vizasız rejimdən istifadə azərbaycanlı sahibkarlar üçün hər hansı problem yaradarsa bununla bağlı iki ölkə arasında danışıqlar aparıla bilər: "Azərbaycanla Gürcüstan arasında dostluq, siyasi və iqtisadi münasibətlər mövcuddur. Bu baxımdan azərbaycanlı sahibkarlar üçün çətinliklər olarsa Daxili İşlər Nazirliyi bununla bağlı Gürcüstan tərəfinə müracit edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB