Dəmiryolçular peşə bayramını qeyd etdi

Dəmiryolçular peşə bayramını qeyd etdi

Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü və 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, Fəxri Xiyabanda Ümumulli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edildikdən sonra şəhidlərin məzarı ziyarət edilib.

Tədbir bundan sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində davam etdirilib. Bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov yığıncaq iştirakçılarını bayram münasibətilə təbrik edib. O, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün islahatlarından danışıb. Günümüzdə ölkəmizdə polad magistralın inkişafına xüsusi diqqət yetirildiyini ifadə edib. Arif Əsgərov Azərbaycan dəmir yollarının keçdiyi tarixi inkişaf xronologiyasından söhbət açıb.

O, sözlərinə bunları da əlavə edib: "Azərbaycanda dəmir yollarının əsası 1878-ci ildə qoyulub. Dəmir yolunun inşası 1880-ci ildə başa çatdırılıb. Həmin dövrdən etibarən yük daşınmasında tələbat daha da artıb. Hazırda baş yolların ümumi uzunluğu 1898,9 km, istismar uzunluğu isə 2061 km-i təşkil edir. Dəmir yollarının 60 %-i elektrikləşdirilmiş, 1650 km-i isə avtomatlaşdırılmış işarəvermə sistemi ilə təchiz edilib".

Daha sonra sədr Azərbaycanda SSRİ- zamanından etibarən Zaqafqaziyadakı önəmindən danışıb.

Qeyd edək ki, sonda tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti oxunub. İştirakçılara bayram hədiyyələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə