Cari ilin sentyabrında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 511,4 min nəfər olub. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onlardan 892,8 min nəfəri iqtisadiyyatın dövlət, 618,6 min nəfəri isə qeyri-dövlət bölmələrində fəaliyyət göstərib
Muzdla işləyənlərin 22,5 faizi təhsildə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8 faizi isə tikinti sahəsində çalışıb.
Həmin dövrdə muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 440,9 manat təşkil edib. İnşaat sektorunda orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB