Murtuzəli Hacıyev: “Yarmarkalarda məhsul bolluğu müşahidə olunur” Açıqlama

Murtuzəli Hacıyev: “Yarmarkalarda məhsul bolluğu müşahidə olunur” Açıqlama

"Keçən ilə baxanda bu il daha çox məhsul bolluğu müşahidə olunur. Maşınların yerləşdirilməsində də çətinliklərlə rastlaşırıq. Artıq daha çox məhsul gəlir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib. Özünün də yarmarkada olduğunu və müşahidə apardığını deyən KTN-nin nümayəndəsi meyvə tərəvəz bolluğundan və qiymətlərindən danışıb: "Hazırda özüm də yarmarkadayam. Bu il meyvə - tərəvəz də çoxdur. Problem də yoxdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə elə bir qiymət artımı yoxdur. Məsələn, yarmarkada almanın kiloqramı 1 manatdır. Hətta 50 qəpiyə də satılır. Armudun kiloqramı 80 qəpiyə, narın da qiyməti artıq düşüb 50 qəpik olub. Bolluqdur, elə bir qiymət artımı da müşahidə olunmur".

Bütün xəbərlər Facebook səhifəmizdə