Dəmir yolunda yanğın

Bakıda dəmir yolunda hərəkətdə olan motovozda yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Qaradağ rayonunda "Azərbaycan Dəmir Yolları" QSC-nə məxsus Ələt-Qobustan istiqaməti ilə hərəkət edən motovozun kabinəsinin yanar hissələri qismən yanıb.

Motovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə