ARDNŞ 9362 metr qazma işi həyata keçirib

ARDNŞ 9362 metr qazma işi həyata keçirib

2014-cü ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 9362 metr qazma işi həyata keçirib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, 2014-cü ilin yanvar-sentyabr aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 98 737 metr qazma işi görülüb ki, bunun da 97 109 metri istismara, 1628 metri isə kəşfiyyata aid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə