“Kiçik bankların birləşərək iri banklara çevrilməsi gözlənilir”
"Mərkəzi Bank digər bankların qarşısına tələb qoyub ki, yaxın dövrdə nizamnamə kapitalını 50 milyon manata çatdırsınlar. Bu tələbi yerinə yetirmək üçün bir sıra kiçik bankların birləşərək iri banklara çevrilməsi gözlənilir. Artıq bir neçə bankda bu sahədə işlər görülür". Bunu SİA-ya açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib.
İqtisadçı bildirib ki, kiçik bankların birləşərək böyük banklara çevrilməsi bank sistemində əhəmiyyətli inkişafa səbəb olacaq: "Bu proses maliyyə bazarında vəsaitlərin təmərküzləşməsinə, risklərin idarə olunmasına, rəqabət qabiliyyətinin yüksəldilməsinə, o cümlədən faiz dərəcələrinin aşağı salınmasına geniş imkanlar yaradacaq. Bu zaman inkişaf etmiş ölkələrdən maliyyə vəsaitlərinin cəlb olunması da özəl sektorun maliyyə mənbələrinin daha da genişləndirilməsinə yol açacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB