2014-cü ildə ARDNŞ tərəfindən qazma işləri aparılıb

2014-cü ildə ARDNŞ tərəfindən qazma işləri aparılıb

2014-cü ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla 9362 metr qazma işi həyata keçirib. SİA-nın xəbərinə görə, ARDNŞ-dan verilən məlumatda bu sahədə görülmüş işlərin hamısı istismara aid olduğu bildirilib. Ümumiyyətlə, 2014-cü ilin yanvar-sentyabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 98737 metr qazma işi görülüb. Bunun da 97109 metri istismara, 1628 metri isə kəşfiyyata aid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə