Lord Risbi: “Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirik”
"Bizim Azərbaycanla münasibətlərimiz əladır, bundan sonra əməkdaşlığımız davam edəcək". SİA-nın məlumatına görə, bu sözləri bu gün "Əsrin müqaviləsi"nin 20-ci ildönümünə həsr olunmuş Azərbaycan-Böyük Britaniya əməkdaşlığı üzrə forumda çıxış edən Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri, Lordlar Palatasının üzvü Lord Risbi deyib.
Azərbaycanın son illərdə inkişaf tempindən danışan Lord Risbi Bakıda keçirilən əhəmiyyətli yarışlardan söz açıb: "Avropa Oyunları, Formula – 1 yarışları Bakıda keçiriləcək. Biz bu yarışlardan Azərbaycan üçün böyük ümidlər gözləyirik. Azərbaycan həm enerji təhlükəsizliyi, həm də iqtisadi yatırımlara qarşılıqlı cavab verir. London da Bakı kimi son vaxtlarda çox dəyişib. Bu, hər iki ölkənin inkişafını göstərir. Azərbaycanlı iş adamları hər keçən gün Londona yatırım edir. Həmçinin Böyük Britaniyalı iş adamları da Bakıya yatırımlarını davam etdirir. Bizim enerji təhlükəsizliyi və terrorizm məsələlərində də Azərbaycanla tarixi bağlılığımız var. Cənub Dəhlizi enerji təhlükəsizliyində prioritet olaraq qalmaqdadır. Azərbaycanın enerji topoqrafiyası bütün Avropa üçün önəm daşıyır".
Lord Risbi çıxışı zamanı Dağlıq Qarabağ məsələsinə də toxunub: "Xarici İşlər Nazirliyindəki görüşümüz zamanı Dağlıq Qarabağ məsələsinə də toxunduq. Biz bu məsələdə Azərbaycanı dəstəkləyirik".
Azərbaycanın inkişafında ölkə rəhbərliyinin önəmli yerə sahib olduğunu qeyd edən Lord Risbi sözlərinə bunları əlavə edib: "Ölkənizin cazibədarlığı yeni imkanlar açır. Ölkə rəhbərliyi burada önəm daşıyır. SOCAR rəhbərliyi ilə tanışlığımız zamanı tarixi nailiyyətlərin şahidi olduq. Bizim Azərbaycanla münasibətlərimiz əladır. Bu münasibətlər bundan sonra da davam etdiriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB