"Avropanın enerji resurslarının şaxələndiyi bir zamanda Cənub Qaz Dəhlizi Xəzər qazının Avropaya ötürülməsində əhəmiyyətli rola malikdir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban deyib.
O bildirib ki, bu layihə indiyə qədər planlaşdırılmış, lakin həyata keçirilməsi mümkün olmayan bir çox məsələlərin reallaşmasına yol açacaq: "Əvvəl görülən işlərlə yalnız sıxılmış qaz vasitəsi ilə Avropanın enerji resurslarının təminatını gücləndirmək mümkün olub. Lakin Avropaya alternativ mənbədən qazın ötürülməsi məsələsi həyata keçirilməyib. 2018-ci ildə bu layihənin başa çatması ilə artıq 2019-cu ildə Xəzər qazının Avropaya daxil olması şansı yaranacaq. Bununla dünyanın ən böyük qaz istehlakçısı olan Avropa 2005-ci ildə ilk dəfə irəli sürülmüş neft-qaz siyasətini reallaşdırmağa nail olacaq. Bu cür böyük əhəmiyyətə malik layihənin həyata keçirilməsində əzmkar Azərbaycan hökuməti və onun tərəfdaşları olan neft-qaz şirkətləri mühüm rol oynayır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB