Sahibkarlara şad xəbər!

Oktyabrın 15-də Düşənbə şəhərində Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının iclası və beynəlxalq iqtisadi forum keçiriləcək. Bununla bağlı Azərbaycan nümayəndə heyəti Tacikistana səfər edəcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan SİA-ya verilən xəbərə görə, forum çərçivəsində sahibkarlara Tacikistan və digər ölkələrin işgüzar dairələri ilə əlaqələr qurmaq və tərəfdaşlar tapmaq imkanı yaradılacaq.
Tədbirdə iştirak etmək istəyən azərbaycanlı iş adamları və sahibkarların qeydiyyatı aparılır. Bununla bağlı zəruri məlumatları 012 5980147/48 (daxili: 129,108, 119 və 120) nömrəli telefonlar və [email protected] elektron ünvanı vasitəsi ilə çatdırmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə