"Azərbaycanda radiasiya üsulu ilə strelizasiya qurğusu qurulur" Açıqlama

"Azərbaycanda radiasiya üsulu ilə strelizasiya qurğusu qurulur" Açıqlama

"Azərbaycanda radiasiya üsulu ilə strelizasiya qurğusu qurulur. 2015-ci ildə işə salınacaq cihaz Radiasiya Problemləri İnstitutu ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin birgə layihəsidir". SİA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Agentliyinin rəisi vəzifəsini icra edən Vüqar Hüseynov açıqlamasında deyib.

O, məlumat verib ki, qurğu yüksək aktivlikli mənbələrin şüalanmasının köməyi ilə müxtəlif məhsulların strelizasiyasını nəzərdə tutur: "Məsələn, qida məhsullarını, bitki toxumlarını, tibbi ləvazimatları və s. Həmin strelizasiya qurğusu bu prosesə ehtiyacı olan məhsullara minimum zərər vurur".

V. Hüseynov qeyd edib ki, qurğunun artıq Qobuda bunkeri qurulub, sadəcə radioaktiv mənbələrin gətirilməsi qalıb: "Bununla bağlı tender keçirilib və qalib Macarıstan şirkəti seçilib. Radioaktiv mənbələr Macarıstandan gətiriləcək. Bununla da, Macarıstan, Azərbaycan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə üçtərəfli layihə həyata keçiriləcək. Onlar bu qurğunun inşası, yüksək aktivli mənbələri təmin edəcəklər".

Agentliyin rəsmisi əlavə edib ki, mənbələrin aktivliyi 300 000 küri təşkil edir: "Qurğunun özü 2 mln, küriyə qədər hesablanıb. Lakin ilkin mərhələdə hələlik 300 min küri gətirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə