Gələcəkdə 55 ölkə nüvə reaktorundan istifadə edəcək

Gələcəkdə 55 ölkə nüvə reaktorundan istifadə edəcək

"1986-cı ildə Ukraynanın Çernobıl şəhərində partlayış baş verəndən sonra dünyada nüvə enerjisinin istifadə olunmasında yeni dönəm başladı. Yeni investisiya mənbələri və qurğularının tikilməsi, yeni mütəxəssislər və biliklərə ehtiyac yarandı". SİA-nın xəbərinə görə, bunu Bakıda keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumu "Texnologiyaların konvergensiyası və gələcəyin konturları:XXI əsrin əsas çağırışları" mövzusunda keçirilən dəyirmi masa çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndəsi İvan Videnoviç bildirib.

O qeyd edib ki, ümumilikdə 2006-2011-ci illərdə nüvə enerjisi sahəsi intibah dövrünü keçirib: "Dünyada yeni nüvə reaktorlarının əldə olunması üçün hazırda 23 lisenziya qəbul olunub. Hazırda dünyada 437 nüvə reaktoru var, 30 ölkə isə nüvə zavoduna malikdir. Nüvə enerjisinin çəkisi isə dünyada 11% təşkil edir. İki ölkədə isə nüvə zavodu tikilmə mərhələsindədir. Bundan başqa, beş ölkədə 1-ci reaktor tikilməkdədir".

İvan Videnoviç çıxışında onu da əlavə edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (İAEA) hesablamalarına görə, gələcəkdə 55 ölkə nüvə reaktorundan istifadə edəcək: "Hazırda ABŞ, İspaniya, Hindistan, Braziliya, Argentina nüvə enerjisindən fəal istifadə edir. Dünyada nüvə zavodlarının sayı birdən artıq ölkələr də var ki, onlardan biri Kanadadır".

O, eyni zamanda nüvə enerjisindən istifadəni tətbiq etmək niyyətində olan ölkələr sırasında Çili və Şimali Afrikanın olduğunu açıqlayıb. Onun sözlərinə görə, Misir, Polşa, BƏƏ gələcəkdə nüvə enerjisini əldə etmək planlarına malikdir.

Nüvə enerjisi üzrə mütəxəssis qeyd edib ki, hər bir ölkə nüvə enerjisindən istifadə edərkən məsuliyyət daşımalıdırlar. Bu enerji növü sülh məqsədilə, təhlükəsizlik məqsədilə istifadə edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə