“Həştərxanda imzalanmış saziş düzgün atılmış addımdır” MÜNASİBƏT

“Həştərxanda imzalanmış saziş düzgün atılmış addımdır” MÜNASİBƏT

"İnvestisiyaların genişlənməsi və qarşılıqlı qorunması haqqında hökumətlərarası sazişin imzalanması Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcək". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert İlham Şaban deyib.

O bildirib ki, sözügedən saziş həm Rusiyanın Azərbaycanda yatırımlarının olması, həm də azərbaycanlı iş adamlarının Rusiyada çalışması baxımından böyük əhəmiyyətə malikdir: "Sənəd imzalandıqdan bildirildi ki, 570 Rusiya kapitallı şirkət Azərbaycanda və təqribən bir milyard manata yaxın investisiya kapitalı olan Azərbaycan şirkətləri də Rusiyada fəaliyyət göstərir. Təbii ki, bunlar kifayət qədər böyük rəqəmlərdir. Bu şirkətlərin fəaliyyətlərinin daha da genişləndirilməsi üçün Həştərxanda imzalanmış saziş düzgün atılmış bir addım oldu. Çünki bu investisiyaların qorunması baxımdan çox mühüm bir sənəddir. Hökumətlərin də buna dəstək verməsi özəl kapitalda özünə inam yaradır və onlar daha da çevik işləməyə çalışırlar. Beləliklə dövlətin vergisi də artmış olur. Bütün bu üstün cəhətləri nəzərə alaraq demək lazımdır ki, bu sənədin imzalanmasını ancaq müsbət qiymətləndirmək olar".

Bütün xəbərlər Facebook səhifəmizdə