Vahid Əhmədov: “Bu cür addımlar düzgün siyasətin göstəricisidir”
"Hal-hazırda dünyanın inkişaf etmiş ölkələrində işsizlik problemi mövcuddur. Amma Azərbaycanda son vaxtlar bölgələrdə aparılan işlər, xüsusilə də infrastruktur layihələrin həyata keçirilməsi, yolların çəkilməsi yeni iş yerlərinin yaranmasına səbəb olub". Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, yeni müəssisələrin tikilməsi, obyektlərin açılması işçi qüvvəsi tələb edir, bu da müəyyən qədər işsizliyin səviyyəsini aşağı salır: "Ölkə Başçısı cənab İlham Əliyev də əhali arasında məşğulluğu artırmaq, insanların Bakıya axınının qarşısını almaq üçün bölgələrə xüsusi diqqət göstərir, orada yeni iş yerlərinin açılmasına göstərişlər verir. Hesab edirəm ki, bu cür addımlar düzgün siyasətin göstəricisidir".
Qeyd edək ki, bir neçə gün öncə Prezident İlham Əliyev Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qəbələ Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
Təranə Səfərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB