"Mərkəzin fəaliyyət proqramı dekabra kimi məəyyənləşəcək" Açıqlama
"Azərbaycan Nüvə Tədqiqatları Mərkəzinin həyata keçirəcəyi proqramlar, hədəflər, əməkdaşlıq edəcəyi ölkələr, habelə texnologiyaların tətbiqi və istifadə olunması ilə bağlı bütün məsələlər bu ilin dekabrına qədər müəyyənləşdiriləcək". SİA-nın xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirib.
Onun sözlərinə görə, Nüvə Tədqiqatları Mərkəzi Azərbaycan Prezidentinin sərəncamı əsasında yaradılıb: "Qurumun yaradılması, nizamnaməsinin təsdiq olunması və digər sahələr üzrə addımlar atılıb. Mərkəzin ilkin hədəfləri ilə bağlı məlumatlar qurum fəaliyyətə başladıqdan sonra qısa zamanda açıqlanacaq. Bunun üçün Mərkəz ilk növbədə hüquqi təsdiq olunmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB