Yeddi rayonda günəş elektrik stansiyalarının təməli qoyulacaq

Yeddi rayonda günəş elektrik stansiyalarının təməli qoyulacaq

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov jurnalistlərə müsahibəsində deyib ki, Bakının Pirallahı və Qaradağ rayonlarında, həmçinin Sumqayıt və Samuxda yeni günəş elektrik stansiyalarının tikintisinin başa çatıb.

Dövlət Agentliyinin sədri hazırda stansiyaların şəbəkəyə qoşulması proseslərinin getdiyini bildirib. "Bundan əlavə, yeddi rayonda günəş elektrik stansiyalarının tikilməsi üçün layihələr hazırlanıb. Bu stansiyaların təməlinin gələn ilin əvvəllərində qoyulması nəzərdə tutulur" – deyə A.Bədəlov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə