Kərəm Həsənov Şabranda vətəndaşlarla görüşəcək

Kərəm Həsənov Şabranda vətəndaşlarla görüşəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov sentyabrın 26-da Şabranda növbəti vətəndaş qəbulu keçirəcək. Komitədən SİA-ya verilən xəbərə görə, qəbulda Şabran, Xızı, Siyəzən, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaş qəbulu saat 11:00-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349), Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ərazi idarəsi: (023) 325 00 17, (023) 325 00 18.

Bütün xəbərlər Facebook səhifəmizdə