"Bakı Metropoliteni" daha bir ventilyatoru yenisi ilə əvəzləyib

"Bakı Metropoliteni" daha bir ventilyatoru yenisi ilə əvəzləyib

" "Bakı Metropoliteni" QSC tunellərdəki havalandırma sistemi ilə bağlı yenilik edib. Belə ki, stansiya və tunellərdə ventilyasiya sisteminin təkmilləşdirilməsi üzrə "İlin texniki tədbirlər planı"na uyğun olaraq bu günlərdə daha bir ventilyator yenisi ilə əvəzlənib". Bunu SİA-ya açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, yeni ventilyator metronun "28 May" və "Gənclik" stansiyalarının nəzdində yerləşən 24 nömrəli şaxtada quraşdırılıb: "Əvvəllər bu sahədə ventilyasiya baxımından problemlər müşahidə olunurdu. Çünki adıçəkilən stansiyalarda ventilyasiya sistemi yararsız vəziyyətə düşmüşdü. Eyni zamanda orada ventilyatorlar korroziyaya uğradığından ona qulluq etmək çətinlik yaradırdı. Buna görə də həmin ventilyator yenisi ilə əvəz olunub".

N. Paşayev onu da əlavə edib ki, həmin ventilyatora qulluq da fərqlidir: "Çünki idarəetmə lövhəsi vasitəsilə elektron sistemin tətbiqi ona nəzarəti gücləndirməyə kömək edir. Digər yandan məsafədən idarə etmənin yerinə yetirilməsi isə, xüsusilə də gündüz hərəkətin gur olduğu vaxtda avadanlığı qoşub-açmaq, eləcə də ona qulluq edilməsi üsullarını da dəyişib".

Bütün xəbərlər Facebook səhifəmizdə