Ceyhan limanından 2,2 milyon ton neft dünya bazarlarına çıxarılıb

Ceyhan limanından 2,2 milyon ton neft dünya bazarlarına çıxarılıb

2014-cü ilin avqust ayı ərzində 2 milyon 214 min 981 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 976 min 809 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, cari ilin yanvar - avqust aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 19 milyon 34 min 448 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-cü il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 252 milyon 178 min 362 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə