Lənkərançay üzərindəki körpünün tikintisi başa çatmaq üzrədir FOTO

Lənkərançay üzərindəki körpünün tikintisi başa çatmaq üzrədir FOTO

"Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun yeni trassa üzrə layihəsi çərçivəsində Lənkərançay üzərindəki körpünün tikintisi başa çatmaq üzrədir". Bu barədə SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, başlanğıcını Masallı-Astara avtomobil yolunun 31+775-ci km-dən götürməklə 31+972-ci km-də başa çatır: "Uzunluğu 205,5 m, eni 28,5 m olan körpü 6 aşırımdan ibarətdir. Tikinti işləri zamanı əvvəlcədən gərginləşdirilən tirlərdən istifadə olunub. Layihə çərçivəsində suötürücü borular, uzunluğu 800 m olan yanaşma yolları ilə yanaşı, alt hissədə müxtəlif kəndləri birləşdirmək məqsədilə yerli yollar da inşa olunub. 4 hərəkət zolagı üçün nəzərdə tutulan körpüdə son tamamlanma işləri həyata keçirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə