“SOCAR sadiqliyi mükafatlandırır”

Rumıniyada bu kampaniyanın ilk turunun qalibinə avtomobilin açarları təqdim edilib
“SOCAR sadiqliyi mükafatlandırır”

Sentyabrın 1-də "SOCAR sadiqliyi mükafatlandırır" kampaniyası çərçivəsində avqust ayının 22-də keçirilən 1-ci mərhələnin qalibinə "Dacia Logan" avtomobilinin açarlarının təqdim edilməsi mərasimi keçirilib. Rumıniyanın paytaxtı Buxarest şəhərindəki "SOCAR" brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində keçirilən tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin və "SOCAR Petroleum SA." şirkətinin kollektivi, eləcə də KİV nümayəndələri iştirak ediblər.

ARDNŞ-in Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov kampaniyanın ilk turunun qalibi, İaşi şəhərinin sakini Dasca Lucianı təbrik edərək, uduşa qoyulan "Dacia Logan" markalı avtomobilinin açarlarını ona təqdim edib.

Qalib öz növbəsində belə bir kampaniyanın təşkilinə görə ARDNŞ-ə minnətdarlığını bildirib.

Qeyd edək ki, "SOCAR sadiqliyi mükafatlandırır" kampaniyasının 1-ci mərhələsi bu il iyulun 15–dən avqustun 15-dək olan dövrü əhatə edib. SOCAR-ın Rumıniya ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən 50 leilik (11 manat) yanacaq və ya məhsul alan hər bir müştəri lotereya kuponu əldə edərək kampaniyada iştirak etmək hüququ qazanıb.

"SOCAR sadiqliyi mükafatlandırır" kampaniyasının növbəti 2-ci mərhələsi avqustun 15-dən 15-dək olan müddəti əhatə edir. Sentyabr ayının 22-də yekun vurulacaq kampaniyada bir çox digər hədiyyələrlə yanaşı, "Dacia Logan" avtomobili və əsas mükafat "Dacia Duster" də öz qalibin tapacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə