“Avesta” konserni Çin şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb

Süni adalarda inşa olunan "Khazar Islands" şəhərinin müəllifi, Azərbaycanın "Avesta" konserni investisiya sahəsində növbəti əməkdaşlıq memorandumuna imza atıb. Konsernin mətbuat xidmətidən bildiriblər ki, Çinin "Hong Mong Financial Group" şirkəti ilə imzalanmış memoranduma əsasən, tərəflər həm investisiya, həm də inşaat sahəsində birgə əməkdaşlığa dair razılığa gəliblər.

Bundan başqa, "Hong Mong Financial Group" inşası davam edən şəhərdə ekoloji təmiz və zərərsiz texnologiyalardan istifadə etməklə suyun təmizlənməsi və mineral gübrələrin istehsalını öz üzərinə götürməyi planlaşdırır.

Həmçinin elektrik enerjisi istehsalı üçün stansiyanın tikintisi də nəzərdən keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə