Şahin Mustafayev İranın ölkəmizdəki səfirini qəbul edib

Şahin Mustafayev İranın ölkəmizdəki səfirini qəbul edib

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də bu ilin avqustun 6-da Bakıda keçirilən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış protokoldan irəli gələn məsələlərin icrası müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə