"Google" Azərbaycanda vebinar keçirib

"Google" Azərbaycanda vebinar keçirib

Bu günlərdə işə başlayan "Google" onlayn məktəbinin yeni sezonu çərçivəsində Azərbaycanda "Google AdWords"la işin xüsusiyyətləri mövzusunda onlayn vebinar keçirilib. SİA-nın xəbərinə görə, onlayn məktəb- yeni işləməyə başlayanlar üçün "AdWords" üzrə pulsuz onlayn məşğələlərdir.

Kurs "AdWords"un bütün rusdilli istifadəçiləri üçün nəzərdə tutulub. Məktəbin proqramına "AdWords"proqramının imkanları ilə tanışlıq, büdcənin effektiv istifadəsi üzrə tövsiyələr, "AdWords"la işin müxtəlif MDB ölkələrinin (Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan) bazarlarında xüsusiyyətləri, mütəxəssislərə birbaşa efirdə sual vermək imkanı və bir sıra digər imkanlar daxildir.

Azərbaycanda "AdWords"la iş prinsiplərinə həsr olunan vebinarda yerli bazarda internet reklamın ən son inkişaf trendləri ilə, "AdWords"un alətləri ilə tanış olmaq imkanı təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə