"Neft Daşları" yatağında yeni quyu istismara verilib

"Neft Daşları" yatağında yeni quyu istismara verilib

"Neft Daşları" yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2592 nömrəli quyu qazmadan sonra istismara verilib. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyu 2457-2449 metr intervaldan sutkalıq 30 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə