"Hər zaman olduğu kimi, bu ildə qatarlar məktəblərdə dərslər başlamamışdan bir neçə gün qabaq, təxminən sentyabrın 10-nu və ya 12-indən qış qrafiki ilə fəaliyyətə başlayacaq". Bu barədə SİA-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, yeni qrafikə əsasən gələn aydan qatarların sayında da artım olacaq: "Belə ki, metropolitenin qış qrafiki zamanı xətlərə 30 qatar buraxılırdısa, yay qrafikinə keçiddən sonra onların sayı 24-ə endirilib. Yenidən qış qrafikinə keçəndən sonra xəttə buraxılan qatarların sayı artıracaq, qatarlar arasında interval azalacaq. İnterval yenə də sərnişin sıxlığı nəzərə alınmaqla 2-3 dəqiqə təşkil edəcək. Qrafiklərin dəyişməsi zamanı əsas amil sərnişinlərin sıxlığıdır. Sərnişin sıxlığı çox olduqda yeni qrafikə keçid daha tez də başa tuta bilər".
"Elmlər Akademiyası" stansiyasında təmir edilən ekskalatorla bağlı məlumat verən N. Paşayev vurğulayıb ki, sözügedən ekskalatorun təmir işləri yekunlaşmaq üzrədir: "Eskalatorla bağlı işlər demək olar ki, tam başa çatıb. Hazırda həmin eskalator sınaq yürüşündədir. Eskalator qış qrafikinə keçdikdən sonra sərnişinlərin istifadəsinə veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB