Yararsız mallar satışdan çıxarılıb

Yararsız mallar satışdan çıxarılıb

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinq keçirib.
Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, monitorinqlər zamanı Bakının Xəzər, Binəqədi, Qaradağ rayonlarında, eləcə də Sumqayıt, Şəmkir, Samux, Mingəçevir, Qubada mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə