“AtaBank” 2014-cü il iyul ayına maliyyə nəticələrini açıqladı
"AtaBank" ASC-nin 2014-cü ilin iyul ayının maliyyə nəticələri uğurlu olub. Belə ki, 2013-ci ilin sonu ilə müqayisədə aktivlər 5,4 % və ya 20,4 mln. manat artaraq 395,3 mln. manat olub. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də əhəmiyyətli dərəcədə artım olub. Ümumi kredit portfeli 9,8% və ya 23,8 mln. manat artaraq 265,5 mln. manat təşkil edib.
Hesabat tarixinə bankın depozit portfelində nəzərə çarpacaq dərəcədə artım müşahidə olunub. Belə ki, bu göstərici 2,4% və ya 5,9 mln. manat artaraq, 250,0 mln. manat təşkil edib. Qeyd edək ki, 2013-ci ilin sonunda bu göstərici 244,1 mln. manat təşkil edib.
2013-ci ilin sonu ilə müqayisədə nizamnamə kapitalı 18,7 % və ya 7,0 mln. manat artaraq 44,5 mln. manat olub.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" hazırda 25 filialla ölkə əhalisinin xidmətindədir. Bankın filiallarından 12-i Bakı şəhərində, 13-i isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir.
Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB