“Ulduz” şokolad və karamel fabriki qida sərgisində Azərbaycanı təmsil edəcək

“Ulduz” şokolad və karamel fabriki qida sərgisində Azərbaycanı təmsil edəcək

"Ulduz" şokolad və karamel fabriki sentyabrın 15-dən 18-dək iki beynəlxalq qida sərgisində iştirak edəcək. Moskvada "World Food Moscow 2014" və Tehranda "13th Iran International Confectionery Fair" sərgilərində "Ulduz" şokolad və karamel fabriki Azərbaycanı keyfiyyətli və müxtəlif çeşidli məhsulları ilə təmsil edəcək.

Hər iki sərgi qida ticarəti sahəsində milli brendlərin yayılması və qarşılıqlı biznes əlaqələrinin qurulmasında mühüm rol oynayan əsas beynəlxalq sərgilərdəndir.
Avropanın ən qabaqcıl avadanlıqları ilə təchiz edilmiş "Ulduz" şokolad və karamel fabrikində istehsal edilən məhsullar dünyanın 20-dən çox ölkəsinə ixrac olunaraq hər il Almaniya, Rusiya, Birləşmiş Ərəb Əmirliklərində keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə