ARDNŞ “Dübəndi” Neftaşırma sahəsində baş verən ölüm hadisəsinə aydınlıq gətirdi

ARDNŞ “Dübəndi” Neftaşırma sahəsində baş verən ölüm hadisəsinə aydınlıq gətirdi

Avqustun 19-da, saat 11:00 radələrində ARDNŞ-nin Neft Kəmərləri İdarəsinin "Dübəndi" Neftaşırma sahəsindəki 13B neft çənləri parkında podrat müqaviləsi əsasında işləyən "İlqar-NNT" MMC-nin əməkdaşı Həsənov Fərid Eldar oğlu RVS-5000 tipli 5 nömrəli çənin içərisində qum şırnağı ilə təmizləmə işləri aparan zaman ayaqaltı aşmış və o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. SİA bu barədə ARDNŞ-ın rəsmi saytına istinadən xəbər verir. Məlumata görə, hazırda hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi haqqında məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə